Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qayınatasını öldürmək istədi
Tarix: 12.02.2013 | Saat: 16:48:00
Bölmə:Hadisə | çapa göndər

Masallı rayonunun Təklə kənd sakini 1990-cı il təvəllüdlü Rzayev Etibar Aydın oğlu ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna atəş açıb. Baş prokurorluğun mətbuat xidmətindən “Həftə-içi.az”a verilən məlumat görə, E.Rzayev özünə məxsus ov tüfəngindən istifadə edərək qayınatasını öldürməyə cəhd edib. Daha sonra rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf edərək, ov tüfəngini təhvil verib. Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

E.Rzayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Murad Əhməd, “Həftə-içi.az”


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019