Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xalası oğlunu öldürən şəxs həbs olundu
Tarix: 12.02.2013 | Saat: 16:56:00
Bölmə:Hadisə | çapa göndər

Sabunçu Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş verən qəsdən adamöldürmə cinayəti isti izlərlə açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən “Həftə-içi.az”a verilən məlumata görə, fevralın 9-da Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilib.

Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, aşkar edilən kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsusdur. O aralarında yaranan mübahisə zəminində xalası oğlu 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilib. Bundan sonra cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Murad Əhməd, “Həftə-içi.az”


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019