Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Faiq İsmayılov : "İşğal olunan ərazilərdəki abidələr təhqir edilib"
Tarix: 16.04.2013 | Saat: 14:38:00
Bölmə:Gündəm | çapa göndər

Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi tək Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, hazırda Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır.
“İşğal olunmuş ərazilərdəki memarlıq abidələri, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, qalalar, siklop tipli abidələr, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar və s. tamamilə sökülüb tanınmaz hala salınıb və ya təhqir edilib”.
Oğurlanan milli-mədəni dəyərlərimiz, Azərbaycana qarşı təbliğatda istifadə olunur. Faiq İsmayılov deyir ki, Azərbaycanın işğal altında ermənilərin istifadəsində qalan abidələr forma və həcminə görə iki hissəyə bölünürlər; daşınan abidələr (səyyar) və daşınmaz (stasionar) abidələr. Daşınan abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində (məscid, kilsə, məbəd) şəxsi mülklərdə və başqa yerlərdə qorunan eksponat və digər əşyalardır.
Daşınan abidələr kateqoriyaya aid olan 26 muzey, şəkil qalareyaları və şəxsi mülklərdən 100 minlərlə eksponat torpaqlarımızın işğalı dövrü ermənilər tərəfindən qənimət kimi mənimsənilmişdir. Bu abidələrin bir qismi hal-hazırda Ermənistanın baş şəhəri sayılan İrəvan şəhərində saxlanılır. Qarətçilik yolu ilə aparılan bu abidələrin bir qismi Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərin, böyük şəhərlərində satış üçün hərraca çıxarılmış, bir qismi isə dəstək qazanmaq üçün Ermənistanın hökumət rəhbərləri tərəfindən dünyanın bir çox nüfuzlu şəxslərinə hədiyyə edilmişdir.
Ermənilərdən fərqli olaraq Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələri dövlət səviyyəsində davam etdirilir və zaman keçdikcə bu ənənələr yeni keyfiyyətlərlə zənginləşir. Belə ki, bu gün Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələri də qorunur. Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Bu kilsə 1887-ci ildə inşa olunub. 1903-cü ildə erməni kilsəsinin həyətində kilsə məktəbi və kitabxana da inşa edilib. Hazırda burada kitab və erməni dilində olan əlyazmalar qorunur. Son dəfə erməni kilsəsində bərpa işləri 2011-ci ildə aparılıb. Bu gün xaricdən gələn qonaqların bu kilsəyə səfərləri təşkil olunur. Hətta 2010-cu ilin 26 aprelində dini liderlərin ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin bu kilsədə olub.
Eyni zamanda, Azərbaycanın müxtəlif rayonlarındakı keçmiş erməni qəbirlərinə də toxunulmur.
Xatırladaq ki, bu vaxta kimi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti iki sənəd hazırlayaraq, Avropa Şurasına təqdim edib; sənədin biri Ermənistan ərazisində, digəri Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycanın mədəniyyət abidələrinin, qəbiristanlıqlarının dağıdılması faktlarını əks etdirib. Ermənistandakı azərbaycanlı qəbirlərindən fərqli olaraq, bizim ölkədə belə vandallıq aktına qol qoyulmayıb.

Siyavuş Əmirli, hafta-ichi.az


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018