Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda növbəti süni ürək köçürülməsi əməliyyatı keçiriləcək
Tarix: 29.05.2013 | Saat: 14:53:00
Bölmə:Sosial | çapa göndər

İyun ayında Azərbaycanda növbəti süni ürək köçürülməsi əməliyyatı həyata keçiriləcək. Bu barədə hafta.az-a Mərkəzi Klinik Xəstəxanasının kardioloqu, tibb elmləri namizədi Firdovsi İbrahimov açıqlama verib. Azərbaycanda ilk süni ürək köçürülməsi əməliyyatından sonra Mərkəzi Klinik Xəstəxanasına müraciət edənlərin sayının artdığını deyən F.İbrahimov bunu insanların Azərbaycan səhiyyəsinə inamı kimi dəyərləndirib.
Kardioloq xatırladıb ki, ölkədə xeyli sayda ürək xəstəliyindən əziyyət çəkənlər var: “Lakin donor çatışmazlığından onları əməliyyat etmək mümkün olmurdu. Artıq ABŞ istehsalı olan süni ürək cihazı vasitəsilə donoru əvəz etmək mümkündür”. Onun sözlərinə görə, süni ürək əməliyyatı yalnız son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrə tətbiq olunur. Kardioloq bildirib ki, ilk əməliyyatdan sonra Azərbaycanda hələlik ikinci xəstə üzərində süni ürək əməliyyatı olmayıb, ancaq gələn ay əməliyyata namizəd xəstələr var və ən ağır olanların əməliyyatı prosesinə hazırlıq gedir: “Xəstələr arasında bəzən ağırlaşanlar olur. Məsələn, bu günlərdə xəstəmizin birinin vəziyyəti ağırlaşmışdı. Əməliyyata qərar vermədik. Lazımi tədbirlər görüləndən sonra xəstənin vəziyyətini normallaşdırmaq mümkün oldu. Lazımi dərmanlarla ağırlaşmanın qarşısını ala bildiyimiz üçün hələlik əməliyyatı saxlayırıq. Ancaq buna baxmayaraq, əməliyyata hazırlıq işləri də görülür. Odur ki, zərurət yarandığı təqdirdə süni ürək əməliyyatı aparacağıq. Əməliyyat yalnız prosesin son mərhələsində olacaq”.

Doktor onu da bildirib ki, ayda 10-12 xəstə üzərində süni ürək köçürülməsi əməliyyatını aparmaq imkanına malikdirlər.
Xatırladaq ki, bu ilin yanvarında Azərbaycan səhiyyəsində əlamətdar bir hadisə baş verib. Belə ki, Mərkəzi Klinik Xəstəxanasında ilk dəfə olaraq Balakən rayon sakini 44 yaşlı İbrahim Mansurova süni ürək köçürülüb və proses uğurla yekunlaşıb. Süni ürək aparatının ümumi çəkisi 400 qram təşkil edir. Və bu əməliyyat Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib.

Atif Sarıxanlı, hafta.az


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib