İndoneziyanın təhlükəsizlik nazirinə sui-qəsd olub

13:09 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Siyasət, Ədliyyə və Təhlükəsizlik Məsələləri naziri Viranto ölkənin Banten əyalətində hücuma məruz qalaraq bıçaq yarası alıb.

72 yaşlı nazir təftiş üçün səfər etdiyi Pandeqlanq şəhərində hücuma məruz qalıb. Sui-qəsd nazir avtomobildən çıxarkən törədilib. Cinayətkar iti alətlə onun qarın nahiyəsinə iki zərbə endirib. İnsident zamanı, həmçinin yerli polis idarəsinin rəhbəri də yaralanıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları və polislər hücum edən şəxsi saxlayıb. Sonradan onun sui-qəsdin hazırlanmasında şübhəli bilinən həyat yoldaşı da həbs edilib.

Viranto yerli xəstəxanaya çatdırılıb və oradan helikopterlə Cakartada yerləşən hərbi hospitala aparılıb.

Qeyd edək ki, Viranto respublikanın bütün güc blokunun kuratorudur. Ölkənin Silahlı Qüvvələri də faktiki olaraq onun tabeliyindədir.