İran səfirliyi qarşısında aksiya keçirilib

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib. Aksiyada İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması və Urmiya gölünün quruması prosesinə etiraz əlaməti olaraq bəyanat səsləndirilib. Bəyanatda bildirilir ki, Urmiya gölünün qurumasının qarşısını almaq üçün ən qısa zamanda təsirli tədbirlər görülməli, İran televiziyaları və mətbuatında Azərbaycan Respublikasına, onun rəsmi dairələrinə və vətəndaşlarına qarşı aparılan, iki qonşu dövlətin münasibətlərini pozmağa yönəlmiş təbliğata son qoyulmalıdır. DAK nümayəndələri bəyanatı İran səfirliyinə təqdim ediblər. Polis əməkdaşları piketin keçirilməsinə icazə verməyib.
Əli
Oxunma sayı 24