İtaliyada son sutkada 683 nəfər koronavirusdan ölüb

23:49 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada son bir gündə yeni növ koronavirusun yaratdığı xəstəlikdən 683 nəfər ölüb ki, bu da bir gün əvvəlki göstəricidən 60 nəfər azdır.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi bildirib.

“Bu gün biz 683 xəstənin ölümünü qeyd etdik. Qurbanların ümumi sayı 7503-ə çatıb. Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıb, ümumilikdə 9362 xəstə virusdan xilas olub”, - məlumatda belə deyilir.

Bundan əvvəlki gün 743 nəfər virusdan ölmüşdü. Pandemiyanın başladığı ilk gündən bəri ölənlər və sağalanlarla birlikdə bu virusa yoluxmuşların ümumi sayı 74386 nəfərdir.

Oxunma sayı 181