Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb - Vüqar Səfərli

14:00 01.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb.

Hafta.az xəbər verir ki, bunu trend-ə özəl açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, oktyabrın 2-si saat 10:00-dan etibarən həmin binada mənzillərə çıxarışların ("kupça") verilməsi üçün sənədlərin qəbuluna başlanılacaq: "Məlumat üçün bildirim ki, Əmlak Məsələləri Dövlət Komitəsi, notariat kontoru və Fondun əməkdaşlarından ibarət heyət mənzillərə çıxarışların verilməsi üçün sənədləşmə işlərini aparacaqlar".

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.

Media rubrikasından digər xəbərlər