Kabildə partlayış nəticəsində ölənlərin sayı 60-ı ötüb

11:15 18.08.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində partlayış baş verib. Nəticədə onlarca insan həlak olub.

Hafta.az TASS-a istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 63, yaralıların sayı isə 182 nəfərə çatıb. Şahidlərin dediyinə görə, faciənin baş verdiyi yerdə onlarca insan cəsədi var.

Məlumata görə, “Taliban” hərəkatı bu hadisədə əli olmadığını bildirib.