Kanadada təbii yolla müxtəlif rəngli əkizlər doğuldu - FOTO

13:16 09.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Afrikadan olan evli cütlük 8 il ərzində uşaqları olmadığı üçün süni müxtəlif müalicə üsullarına baş vurublar. Hafta.az 7sisters.ru saytına istinadla xəbər verir ki, nəhayət bu cəhdlər uğurlu alınıb. Həkimlər ailəyə əkiz uşaqlarının olacağını deyiblər - oğlan və qız.

Lakin qadının hamilələyi çox ağır keçib. Uşaqlardan biri inkişaf baxımından digərindən geri qalıb. Nəhayət həkimlər qeysəriyyə əməliyyatının olunması barədə qərar veriblər.
Əməliyyat uğurlu olsa da, həkimlər qeyri-adi mənzərə ilə üzləşiblər. Heç kim əkizlərin fərqli rənglərdə olacağını gözləmirdi. Kamsi adı verilən oğlanın dərisinin rəngi qara, Kaçi adlı qızın isə dərisi və saçları qızılı rəngdədir. Cudit doğumdan sonra Kaçinin onun qızı olduğuna inanmayıb.

Çünki valideynlərin hər ikisi qaradərilidir. Həkimlər əkizlərin qız tayında albinizm - dəriyə və saçlara, gözlərə rəng verən peqmentlərin çatışmazlığı diaqnozunu qoyublar. Xəstəlik irsi mahiyyət daşıyır. Bu gün isə artıq uşaqların üç yaşı var.