Kannavaro istefaya göndərildi

13:46 29.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin "Quançjou Everqrand" klubu baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstefanın dəqiq səbəbi açıqlanmayıb. "Quançjou Everqrand" son üç oyunda qələbə qazana bilməyib. Amma istefanın sırf bununla əlaqədar olması ehtimalı azdı. Məsələ burasındadı ki, sözügedən komanda hazırda Çin çempionatında liderdi.

Kannavaronun intizamsız davranışı və klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən qovulması ehtimalı daha yüksək qiymətləndirilir.