“Karantin qaydalarını pozmağım barədə məlumatın yayılmasında anlaşılmazlıq olub” - Quba sakini

15:58 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mənim karantin qaydalarını pozaraq, yaşayış yerini icazəsiz tərk etməyim barədə məlumatın yayılmasında anlaşılmazlıq olub”.

Bunu APA-ya açıqlamasına Quba rayon sakini Elçin Abramov deyib.

Abramov bildirib ki, bir müddət əvvəl COVİD-19-a yoluxub:

“Mərkəzi Gömrük Hospitalında müalicə kursu keçdikdən sonra verdiyim testin nəticəsi oktyabrın 24-də neqativ çıxıb və xəstəxanadan buraxılmışam. Koronavirus testinin nəticəsi mənfi olduğuna görə hərəkətimdə hər hansı məhdudiyyət qalmadığı üçün haqqımda yayılmış məlumatda yanlışlığa yol verilib”. 

Oxunma sayı 231