Karantinə görə bağlanan Polşa sərhədlərini kimlər keçə bilər? 

10:00 02.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa ilə Azərbaycan arasında iqtisadi, ticarət, elm, mədəniyyət – bütün sahələrdə tarixən sıx əlaqələr olub. Bunun nəticəsidir ki, günümüzdə də əksər azərbaycanlılar təhsil almaq, işləmək və ən nəhayət, gəzmək üçün bu maraqlı ölkəni seçməkdədirlər. Amma artıq neçə aydır ki, dünyamızı bürüyən pandemiya hazırda insanların arzuları qarşısında məcburi sədd qurub. May ayının sonundan başlayaraq bir çox ölkədə karantin rejiminin yumşaldılmasına başlanılması, o cümlədən, Polşa ilə əlaqəli insanları da çox maraqlandırmaqdadır. Bəs Polşada vəziyyət necədir, karantin rejimi nə dərəcədə aradan qaldırılır, vətəndaşlara hərəkət səbəstliyi verilirmi, əcnəbilər bu ölkəyə ilk olaraq karantinə alınmadan daxil ola və ya onun ərazisindən keçə bilərlərmi? Bu suallara Polşanın ölkəmizdəki səfirliyi aydınlıq gətirir. Maraqlı olar deyə, səfirliyin bildirişini oxucular üçün paylaşırıq.

Səfirliyin bildirişinə əsasən, 2020-ci ilin may ayının 22-dən etibarən aşağıda qeyd olunan şəxslər karantinə yerləşdirilmədən Polşa Respublikasının sərhədlərini keçə bilərlər:

1. Hava nəqliyyatı heyətinin üzvləri;

2. Dənizçilər, balıqçılar, dəniz və daxili su gəmilərinin heyət üzvləri, habelə gəmi hərbçiləri və qəbul edilmiş təşkilatların müfəttişləri;

https://www.gov.pl/…/nowe-zasady-kwarantanny-dla-czlonkow-z…

3. “Şvinouşçe-dəki təbii maye qazın regazifikasiyası terminalı üçün invesitisiyalar haqqında” nəzərdə tutulmuş qanuna uyğun olaraq terminal üçün investisiyaların hazırlanması və həyata keçirilməsi sahəsində, habelə, “Ötürmə şəbəkələr sahəsində strateji investisiyaların hazırlanması və həyata keçirilməsi haqqında” qanuna uyğun olaraq ötürmə şəbəkələri sahəsində strateji investisiyaların hazırlanması və ya həyata keçirilməsi sahəsində; “Neft sektoruna strateji investisiyaların hazırlanması və həyata keçirilməsi haqqında” qanuna uyğun olaraq, ötürmə şəbəkələri və ya neft sektoruna strateji investisiyaların hazırlanması və həyata keçirilməsi sahəsində Polşada və ya qonşu dövlətdə çalışan şəxslər;

4. “Yol nəqliyyatı haqqında” qanunun maddələrinə uyğun olaraq beynəlxalq nəqliyyat daşımaları və ya qarışıq nəqliyyat daşımaları çərçivəsində daşımaları həyata keçirən, habelə avtomobil nəqliyyatı üçün istifadə olunan nəqliyyat vasitəsi istisna olmaqla xaricdən və ya Polşa Respublikasının ərazisindən tranzit yolu ilə digər nəqliyyat vasitələri ilə qayıdan sürücülər:

a) qəbul edən ölkənin ərazisində dincəldikdən sonra;

b) xaricdə dincəldikdən sonra;

5. Daşıyıcı tərəfindən təsdiqlənmiş siyahıya əsasən Polşa Respublikasında və ya qonşu ölkədə peşə fəaliyyətini həyata keçirən beynəlxalq dəmiryol nəqliyyatının hissəsi kimi yük daşımaları xidmətlərini həyata keçirmək üçün lazım olan qatar heyətləri və digər işçilər.

6. Ümumi çəkisi 3,5 tondan çox olmayan nəqliyyat daşımaları yaxud qrup nəqliyyat şəklində nəqliyyat daşımaları habelə qeyri kommersiya yük daşımalarını həyata keçirən sürücülər;

7. Yeddi nəfərdən çox və sürücü ilə birgə 9 nəfərdən artıq olmamaq şərti ilə kommersiya beynəlxalq sərnişin nəqliyyat daşımalarını həyata keçirən sürücülər;

8. Şengen zonasının daxili sərhədləri olan Polşa Respublikasının sərhədlərini Polşa Respublikasında, Avropa Birliyi ölkələrində və ya Avropa İqtisadi Birliyi bölgəsində, İsveçrə Konfederasiyasında qazanc, peşə fəaliyyətini, rəsmi vəzifələrini həyata keçirmək məqsədi ilə keçən şəxslər və onların həyat yoldaşları və övladları. Müddəa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Birliyi və Avropa Atom Enerjisi Birliyindən çıxması barədə razılığa əsasən Birləşmiş Krallıq və Şimali İrlandiya Birləşmiş Krallığına da aiddir;

9. Şengen zonasının daxili sərhədləri olan Polşa Respublikasının sərhədlərini Polşa Respublikasında və ya qonşu ölkədə təhsil almaq məqsədi ilə keçən şagirdlər və tələbələr və onları müşayiət edən qəyyumlar;

10. Polşada və ya qonşu ölkədə məktəbəqədər təhsil alan uşaqlar və uşaqlarını məktəbəqədər təhsil aldığı yerə aparmaq üçün sərhədi keçən qəyyumlar;

11. Polşa Respublikasında təhsil alan şagird və tələbələr;

12. Sərhədin hər iki tərəfində kənd təsərrüfatı ilə məşğul olan şəxslər;

13. Rəsmi vəzifələri yerinə yetirmək məqsədi ilə Polşa Respublikası Silahlı Qüvvələrinin və ya müttəfiq silahlı qüvvələrinin, polis, sərhədçilər, dövlət yanğınsöndürmə xidməti və dövlət təhlükəsizlik xidmətinin üzvləri;

14. Diplomatik nümayəndəliklərin, konsulluq idarələrinin üzvləri və beynəlxalq təşkilatların nümayəndələri və onların ailə üzvləri, habelə diplomatik pasport əsasında sərhədi keçən digər şəxslər.

https://www.strazgraniczna.pl/…/8448,Koronawirus-zasady-kwa…

Oxunma sayı 2399