Karateçilərimiz Tokioda “Karate1 Premyer Liqa” turnirində uğurla çıxış ediblər

20:01 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Karateçilərimiz Tokioda “Karate 1 Premyer Liqa” turnirini uğurla başa vurublar.

Hafta.az xəbər verir ki, turnirin son günündə əvvəlcə Ayxan Mamayev (-84 kq) bürünc mükafat uğrunda görüşdə Qazaxıstan idmançısı İqor Çıxmaryova qalib gəlib.

Sonra Yaponiyada böyük populyarlığı ilə seçilən karateçimiz Rafael Ağayev (-75 kq) finalda yaponiyalı Ken Nişimura ilə qarşılaşıb. Gərgin keçən görüş heç-heçə başa çatsa da, hakimlərin qərarına əsasən, qələbə daha fəal olan yapon idmançıya verilib.

Digər finalda qadın yığmamızın lideri İrina Zaretskaya (-68 kq) fransalı Alizee Agye ilə qarşılaşıb. İ.Zaretskayanın tam üstünlüyü ilə keçən görüş onun qələbəsi ilə başa çatıb.