Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib

14:11 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-cu ildə 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac olunub.

Hafta.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məhsulların dəyəri 18,4 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2018-ci ildə ölkədən 16,8 milyon dollarlıq 17,3 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.