Keçmiş məhkum həmkəndlisinin evini yardı

16:10 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H. Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R. Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törtədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxunma sayı 154