Keçmiş məktəb direktoru ilə bağlı cinayət işi açılıb - Prokurorluq

13:25 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən törədilən səlahiyyətlərindən sui-istifadə etmə hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Lənkəran rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, həmin tədbirlərin davamı kimi, Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə daxil olmuş material Lənkəran rayon prokurorluğunda araşdırılıb.

Belə ki, araşdırmalarla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində oz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti almasına əsaslı şübhələr müəyyən edilib.

Oxunma sayı 677