Keçmiş prezidentin həbs müddəti uzadıldı

16:41 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddəti uzadılıb.

Hafta.az qırğız mətbuatına istinadən məlumat verir ki, məhkəmə sabiq prezidentin daha iki ay, martın 15-dək barmaqlıqlar arxasında qalması barədə qərar verib.

Məhkəmənin növbəti iclası yanvarın 16-da keçiriləcək.

Qeyd edək ki, A.Atambayev ötən ilin avqustunda keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. Əməliyyat zamanı xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında atışma baş vermişdi. İki gün davam edən əməliyyat sonunda A.Atambayev təslim olmuşdu.