“Kənddən-şəhərə” yarmarkasında qurbanlıq qoçların qiyməti neçəyədir?

14:37 08.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Kənddən şəhərə” layihəsi çərçivəsində onlayn şəkildə növbəyə durub qurbanlıq qoç ala biləcəklər.

Bu barədə hafta.az-a təşkilatçılar bildiriblər. Qeyd olunub ki, layihə çərçivəsində təşkil olunan qurbanlıq qoçların qiyməti çəkiyə görə dəyişə bilər. Belə ki, qiymətlər 160 manatdan başlayır. 170 və 180 manat aralığında da qurbanlıq heyvan almaq mümkündür. 180 manat isə maksimum qiymətdir:

“Qurbanlığı əldə etmək üçün saatlarla növbə gözləməyə ehtiyac yoxdur. Veb saytımıza daxil olaraq onlayn şəkildə sifarişinizi edirsiniz və qurbanlığı Bakı, Abşeron və Sumqayıt ərazisində təşkil olunan satış məntəqələrimizdən seçdiyiniz ünvana yaxınlaşıb növbəsiz götürürsünüz.

Növbə götürmək üçün: http://kenddenshehere.az/qurbanliq

(+994 50) 400 88 99”.