Kəşmirdə həyat axarına dönür - Səfir

10:22 25.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Camnu və Kəşmirdə hakimiyyət orqanları vəziyyətin normallaşdırılması və sosial-iqtisadi inkişafın artırılması istiqamətində müxtəlif tədbirlər görür”.

Bu fikir Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavnanın Hafta.az-a göndərdiyi məqalədə səsləndirilib. Səfirin sözlərinə əsasən, Cammu və Kəşmirdə hərəkət məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Srinagar və Cammu şəhərlərində hava nəqliyyatı xidməti fəaliyyətinə davam edir. Şəxsi taksilər və ictimai nəqliyyat vasitələri bütün marşrutlar üzrə normal şəkildə hərəkət edir. Avropa Birliyi, Əfqanıstan, Meksika və Yeni Zelandiyanın daxil olduğu 25 ölkəni təmsil edən nümayəndə heyətinin 2-ci qrupu 12 fevral 2020-ci il tarixində Cammu və Kəşmirə səfər edib. Daha əvvəl ABŞ, Cənubi Koreya, Banqladeş, Maldiv adaları, Norveç, Niger, Nigeriya, Quana və Filippininn daxil olduğu 15 ölkəni təmsil edən nümayəndə heyəti 9-10 yanvar 2020-ci il tarixlərində Cammu və Kəşmirdə olmuş və Cammu və Kəşmirin yüksək vəzifəli rəsmiləri, qabaqcıl redaktorları və yerli nümayəndələri ilə görüşmüşlər.

Səfir əlavə olaraq qeyd edir ki, elektrik, su təchizatı, səhiyyə və kanalizasiya kimi zəruri təchizat və xidmətlər tam bərpa olunub. Xəstəxanalar və tibb müəssisələri normal fəaliyyət göstərir və dərman çatışmazlığı yoxdur. Cammu və Kəşmirdəki bütün məktəb və kolleclər açılıb və normal fəaliyyət göstərir.Telefon və mobil telefon xidmətləri bərpa edilib və mətbuat və jurnalistlər üçün heç bir məhdudiyyət yoxdur. Peyk üzərindən yayımlanan kanallar və Kabel TV şəbəkələri tam fəaliyyət göstərir. Cammuda genişzolaqlı internet xidmətləri tam bərpa olunub. Cammunun bütün bölgələrində və Kəşmirin iki rayonunda həmçinin mobil internet qurğusu bərpa edilib. Kəşmirin bütün bölgələrində, turistlər üçün 69 xüsusi sayğacdan əlavə 844 internet köşkü qurulub.

Dövlətin bütün iqtisadi fəaliyyətləri müvafiq şəkildə həyata keçirilir. Cammu və Kəşmirin iqtisadiyyatına töhfə verən 1,9 milyon tondan çox alma Kəşmirdən yola salınıb. Milli Zəfəran Missiyası təşəbbüsü çərçivəsində, zəfəran becərilməsini təşviq etmək üçün 12 milyon dollar dəyərində vəsait təsdiqlənib.

2019-cu ilin avqust ayından etibarən Cammu və Kəşmirdə böyük bir zorakılıq hadisəsi baş verməyib. Mərkəzi hökumət Cammu və Kəşmirdə qanun və qaydalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün 72 hərbi qüvvənin Cammu və Kəşmirdən dərhal çıxarılmasını əmr edib. İdman və mədəniyyətlə bağlı tədbirlər öz fəaliyyətinə normal şəkildə davam edir.

Səfir sonda vurğulayıb ki, Hindistan Konstitusiyasının Cammu və Kəşmirin xüsusi statusu ilə əlaqəli 370-cı maddəsi ləğv ediləndən sonra, 2019-cu ilin avqust ayında Cammu və Kəşmirdə yenidən qurulma ilə əlaqədar məhdudiyyətlər quyulub. 370-cı maddənin ləğvi sırf Hindistanın daxili işidir və Hindistan Parlamenti tərəfindən qəbul edilən qanunların faydalarının Cammu və Kəşmirdə yaşayan insanlara çatmasını təmin etmək məqsədi daşıyıyıb.