“Kişi öz bədəninə qiymət verməlidir” -

12:28 13.12.2014
Yazını böyüt
Yazını kiçilt

Səmra Hüseynova

Hafta.az-ın sosial şəbəkəsindəki rəsmi səhifəsində apardığımız sorğu nəticəsində bu dəfə “Həftənin modeli” Səmra Hüseynova seçildi.

İndi isə hər həftə yeni bir modellə müsahibəni sizə çatdıran rubrikamıza keçid alaq.

- Səmra Hüseynova oxuculara özünü necə tanıda bilər?


- Mən model aktrisayam. Bir çoxlarınızın tanıdığı “Aramızda qalsın” serialında "Qəşəng" xanım obrazında çəkilmişəm. Aktrisalıq qabiliyyətimlə bərabər həm də modelliklə məşğulam. Hal-hazırda Venera Model agentliyində fəaliyyət göstərirəm. "Miss Azerbaijan" və "Miss Eurovision"da çıxış etmişəm. Bunlarla bərabər bir çox gözəllik müsabiqələrində iştirak etmişəm.


- Yeni ildə hansı yenilikləri gözləyirsiniz?


- Gələn il bir çox yeniliklərlə gündəmə gəlməyi düşünürəm. İnşallah qarşıda böyük defilemiz olacaq, bundan başqa yeni fotosessiyam hazırlanır. Bir sözlə, bu yeni ilin mənə uğur gətirəcəyinə heç şübhəm yoxdur.


- Bəs bu il hansı uğurlarla yaddaşınızda qaldı?


- Bu il sözün düzü uğurlarım çox olub, ancaq hamısı yadımda qalmayıb. Türkiyədən və Moskvadan mənə peşəmlə bağlı yeni təkliflər gəldi, hələ ki, seçim etmək qarşısındayam. Hər halda alınsa, inşallah bu təkliflərdən birinin mənə böyük uğur gətirəcəyinə inanıram. Alians Ajans agentliyindən bu il yeni bir təklif gəldi, mən bu təklifə xüsusi önəm verirəm, çünki agentlik tanınmış brendlərlə çalışır və bu o deməkdir ki, mən hansısa məşhur brendin siması ola bilərəm. İvan Urgantin filmində çəkilməyi istədilər, lakin bu təklifi qəbul etmədim, ona görə ki, film mentalitetimizə uyğun deyildi.

 

- Film də mentalitetimizə uyğun olmayan məqam hansı idi?


- Deməli, kinoda öpüşmə və yataq səhnələri var idi. Lakin bu xarici ölkələrdə qəbul edilsə də, bizdə bir o qədər də yaxşı qarşılanmır. Onların dünyagörüşü ilə bizimki eyni deyil. Bir məsələ var, xaricdə çəkilən bu tip filmləri izləyənlərin və həmin şəxslərə dəstək olanların sayı ölkəmizdə az deyil. Ancaq nədənsə, bizdə belə filmlər ya seriallar olanda həmin dəqiqə 18+ səhnələri izləyən şəxslər birdən-birə mentalitet qoruyucusuna çevrilir. Hər halda mən Azərbaycanda yaşayıram,  indimi yox, 10 il sonramı düşünürəm. Bəlkə ailə sahibi oldum bilmək olmaz.


- Ailə həyatı quracağınız şəxs necə birisi olmalıdır?


- Sözün düzü mənim hələ ki, ailə həyatı qurmaq planım yoxdur. İşimlə məşğulam. Çünki mənim düşüncəmə görə sevgi ailə-məişət probleminə çevrilir. Sevginin öldüyü ilk məkan ailə, xəyanətin yarandığı tək ocaqdır. Əksər kişilər üçün xəyanət əyləncədir. Evləndiyim şəxs çox aristokrat olmalıdır, yeri gələndə içməyini bilən, əyləncəni sevən, müasir düşüncəli, nəfsini qoruyan, tək qadına sahiblənmək düşüncəsi ilə yaşayan biri olmalıdır. Və ən önəmlisi xəyanətkar olmamalıdır.

- Bəzi kişilər bir qadınla bir ömür keçirməyəcək qədər yeniliyi sevən, dəyişkən birisi olur. Bu onun günahıdır?


- Bilirsiniz, xəyanət kişinin qanında varsa, bu işi davam edəcək. İstəyirsən onun ayaqlarına qızıl gül ləçəkləri sər, yenə də başqasının yanına gedəcək qədər zəif kişidir. Mənim fikrimcə, kişi çox güclü hisslərinə tabe olmağı bacaran, öz bədəninə qiymət verən birisi olmalıdır.


- Açıq-saçıq fotosessiyalarınız var. Bəs nə vaxtsa, işiniz üçün soyunarsınız?


- Açıq-saçıq fotosessiyalarım çoxdur bəli, lakin daha öncə də dediyim kimi, bizim düşüncəmizlə Avropa düşüncəsi bir deyil. Bura Avropa deyil ki, hər kiçik məsələni belə şişirdirlər, başımı belə məsələlərlə ağrıtmaq istəmərəm. Model cəlbedici olmaq üçün mütləq soyunmalı deyil ki, baxışınla belə yaddaşda qala bilərsən.


- Sarı, yoxsa qara saç? Bizdə sarı saçlı gənc modellərə baxış bir başqa cürdür.


- Serialda hamı məni sarı saçlarda görmüşdü. Ancaq mənə qara saç çox rahatdır. Tez-tez dəyişilməyi sevirəm. Yadda qalan olmaq istəmirəm. Bəli, razıyam sizinlə. Ola bilər səhv düşüncələr var, ancaq belə şəxslər keçmiş fikirli insanlardır.

 

 

 

 

 

 

rubrikasından digər xəbərlər