Klinton siyasətdən gedir

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın dövlət katibi Hillari Klinton siyasətdən getməyə hazırlaşdığını bir daha bəyan edib. Xanım siyasətçi “Associated Press“ə müsahibəsində 2012-ci ildə Barak Obamanın ilk prezidentlik müddəti başa çatdıqda postunu tərk edəcəyini təsdiqləyib. H.Klinton bununla da, siyasətdən gedəcəyini və “öz işlərilə məşğul olacağını“ söyləyib. Obamanın ikinci müddətə prezident seçiləcəyinə inanan Klinton “ürəyinin başqa yerdə olduğunu“ bildirib: “Yenidən şəxsi həyatıma dönəcəyim günü səbirsizliklə gözləyirəm“.

Oxunma sayı 115