KOB-lar üçün növbəti təlim təşkil olunub

14:36 12.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Təşkilati davranış, individual davranışın əsasları və idarəetmə psixologiyası” mövzusunda təlim keçirilib.

KOBİA-dan hafta.az-a bildirilib ki, təlimdə KOB subyektləri təlimçi Leyla Sultanlı tərəfindən qərarvermə prosesi və onun mərhələləri, idarəetmədə qərarvermə psixologiyası barədə məlumatlandırılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb.