Köməkçi tikili əşyaları ilə birgə yanıb

16:30 17.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada köməkçi tikili yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.