Yazını böyüt
Yazını kiçilt
Bakıda kommersiya obyektində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.