Koronavirusa 60 yeni yoluxma hadisəsi qeydə alınıb

10:28 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada koronavirusa 60 yeni yoluxma hadisəsi qeydə alınıb.

Hafta.az-ın verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb. Bununla da koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların ümumi sayı 893 nəfərə çatıb. Qurum qeyd edib ki, 49 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. 13 273 nəfərdən analizlər götürülüb, 8 nəfər dünyasını dəyişib. Ümumilikdə 22 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.