Müstəqilliyn 20 illiyi Dubayda qeyd edilib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ərəb Əmimrliklərində fəaliyyət göstərən “Azərbaycan“ Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü konfrans keçirməklə qey edib. Tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılarla yanaşı türklər, İraq türkmənləri, ictimaiyyət nümayəndələri, yerli hökumət təmsilçiləri, o cümlədən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccar iştirak ediblər. Tədbirdə çıxış edən “Azərbaycan“ Cəmiyyətinin sədri Samir İmanov Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi barədə məlumat verib. Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhran, Ermənistanın təcavüzü ucbatından torpaqlarının 20%-ni itirmiş gənc respublikanın çətin və mürəkkəb günlər yaşadığını qeyd edən Samir İmanov qısa müddət ərzində respublikanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərindən bəhs edib.
Əli