Koronavirusa tutulan baş redaktor sağalaraq evə buraxıldı

22:23 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.

Hafta.az-ın məlumatına görə, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib ki, o, koronavirusdan sağalaraq evə buraxılıb:

“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”.

 

Qeyd edək ki, İ.Quliyev iyunun 22-də sosial şəbəkə hesabında koronavirusa ailə üzvləri ilə birlikdə infeksiyasına yoluxduğunu bildirmişdi.

Oxunma sayı 2698