Koronavirusa yoluxan Rövşən Binnətlinin vəziyyəti stabildir - AzTv 

14:20 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İdman Tv-nin direktoru Rövşən Binnətlinin virusa yoluxması kanalın fəaliyyətinə təsir edir.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzTv-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib.

Nərgiz Rəfiyeva qeyd edib ki, bu gün Rövşən müəllimlə əlaqə saxlamışıq vəziyyəti stabildir. Digər virusa yoluxan əməkdaşlarla da əlaqə saxlanılır, vəziyyətləri normaldır:

"Evdə müalicələri davam etdirilən əməkdaşlarımız da var. Bu gün də bir nəfər xəstəxanadan ev müalicəsinə buraxılacaq".

Qeyd edək ki, əvvəllər CBC Sport kanalında Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışan R.Binnətli ötən ilin oktyabrında İdman TV-nin direkor müavini təyin olunub.

Oxunma sayı 815