Koronavirusa yoluxmuş 7 nəfər xəstəxanadan qaçdı - Günün təzadları

18:55 06.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Təbrizin Razi xəstəxanasından 7 koronavirus xəstəsi qaçdı. Hafta.az yazır ki, bunu Təbriz şəhər polisinin rəisi general Fərhəng Novruzi deyib. O bildirib ki, 7 xəstə xəstəxananın mühafizə xidmətinin gözündən yayınaraq qaçıb və evlərinə gedib.

"Məlumat daxil olan kimi Təbrizin 20-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub. Təcili tibbi yardım əməkdaşlarının və polisin birgə əməliyyatı ilə həmin şəxslər saxlanılaraq xəstəxanaya təhvil veriliblər”, - deyə Novruzi qeyd edib.

 

Azərbaycanda məşhur araq şirkəti vergi borcunu ödəyə bilmədi

“Qradus 40” MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 46 820 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3 003 manat borcu olduğu bilindi.  Şirkət borcunu ödəmədiyi üçün əmlakları hərraca çıxarılacaq.

Hafta.az  xəbər verir ki, MMC-ni 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə verib. İddiaçı tərəf borcun ödənilməsinin təmin edilməsi məqsədilə MMC-nin siyahıya alınmış əmlakının hərracda satılmasını istəyir.

Məhkəmə Vergilər İdarəsinin iddiasını təmin edib. Məhkəmə qətnamə çıxarıb ki, “Qradus 40” MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsi üçün 4 saylı Ərazi Vergilər İdarəsinin siyahıya aldığı əmlaklar hərraca çıxarılmalıdır.

Xatırladaq ki, “Qradus 40” MMC Azərbaycanda spirtli içki istehsal edən tanınmış şirkətlərdən biridir.
Qeyd edək ki, vergilər nazirliyi şirkətdə apardığı yoxlamalar zamanı vergidən yayınma və aksiz markalarından qanunsuz istifadə edilməsi hallarını aşkar etmişdi.

Vergilər Nazirliyinin rəsmi məlumatına görə Ağsu rayonu ərazisində fəaliyyət göstərən "Qradus 40" MMC-nin istehsalat sahəsində 136 min 624 ədəd topdansatış obyektlərində və anbarlarda isə minlərlə sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib.

 

Meksikada koronavirusdan ölmək qadağan edildi

Meksikanın cənub-şərqindəki Verakrus əyalətindəki Sokonusko bələdiyyəsinin başçısı Rolando Rosas yerli sakinlərə koronavirusun yaratdığı xəstəlikdən ölmələrini qadağan etdi.

Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə “Televisa” kanalı məlumat yayıb. Müvafiq açıqlama kəndinin mərkəzindəki bannerdə yerləşdirilib.

“Əmrə əsasən, koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır”, - deyə məlumatda qeyd olunub. Təxminən, 5 200 insanın yaşadığı Sokonuskoda indiyə qədər heç bir yoluxma qeydə alınmayıb. Rosasın sözlərinə görə, bu şəkildə o, əhalinin diqqətini xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə cəlb edib: “Düşünürəm ki, strategiya işlədi” bələdiyyə sədri əlavə edib.

 

Hərarəti məsafədən ölçə bilən eynək icad edildi

Çində müəyyən məsafədən insanın temperaturunu ölçə bilən “ağıllı” gözlük icad edildi.

Hafta.az yazır ki, Oxu.az-ın “Daily Mail”a istinadla verdiyi xəbərə görə, hal-hazırda koronavirus pandemiyası zamanı bu gözlüklərə ehtiyac daha yüksəkdir.

Gözlük üç metr məsafədən başqa insanın temperaturunu ölçməyə imkan verir. Bu aksesuarda “Qualcomm” mikroprosesoru, infraqırmızı sensor və kamera mövcuddur.

 

48 mərtəbəli göydələn yanıb kül oldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində 48 mərtəbəli yaşayış binası güclü yanğın nəticəsində kül oldu.

Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.  2006-cı ildə tikilmiş, Əl-Nəhd ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yanğın mayın 5-i axşam saat 9 radələrində başlanıb.  Sakinlərin çoxu özbaşına binanı  tərk  edilib.

Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə ediblər. Yanğın nəticəsində azı 12 nəfərin zərər çəkdiyi bildirilir.

Oxunma sayı 303