Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır

11:37 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusdan sağalanların immun sistemində uzunmüddətli pozuntular yaranır.

Hafta.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutunun alimləri xəbərdarlıq ediblər.

Onlar qanlarında immun hüceyrələrin sayının zaman keçdikcə necə dəyişdiyini öyrənmək üçün koronavirusdan sağalan 55 xəstənin vəziyyətini araşdıraraq belə nəticəyə gəliblər.

Həkimlər koronavirusun limfositlərə (immunitetə cavabdeh olan qan hüceyrələrinə) təsirini araşdırarkən limfopeniyanın (qanda limfositlərin səviyyəsinin müvəqqəti və ya davamlı azalması) COVID-19-a yoluxanlarda tipik simptom olduğunu müəyyənləşdiriblər.

Bundan əvvəl, Harvard Universitetinin professoru Tobias Kurt koronavirus xəstələrinin sağalmasından bir neçə ay sonra da davam edən uzunmüddətli təsirləri barədə məlumat verib.

Bununla belə, o, bu fəsadların xroniki hala gələ biləcəyi, yaxud zamanla keçəcəyini iddia etmək üçün virusun hələ kifayət qədər ətraflı öyrənilmədiyinə diqqət çəkmişdi.

Oxunma sayı 1977