Koronavirusla bağlı 39 il əvvəl xəbərdarlıq edilib

14:11 14.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Uxan şəhərində təsbit olunmuş və sürətlə dünyaya yayılan yeni növ koronavirus (Covid-2019) haqqında heyrətedici məlumat ortaya çıxıb.

Hafta.az yazır ki, tanınmış amerikalı yazıçı Din Kuntzun 1981-ci ildə yazdığı "Qaranlığın gözləri" romanında, Çinin Vuhan şəhərində ortaya çıxan bir virusdan söz açılır. Yazıçı qeyd edir ki, bu virus guya Çinə məxsus hərbi laboratoriyada bioloji silah olaraq yaradılıb.

Bu yerdə qeyd edək ki, Çindəki heyvan bazarlarının birində ortaya çıxdığı düşünülən və insandan insana keçmə qabiliyyəti olan bu yeni növ koronavirus (Covid-2019) hər gün onlarla insanı öldürməyə davam edir. Yanvar ayında öldürmə səviyyəsi 2,2 faiz olan (hər 100 nəfərdən 22-si) virusun təhlükəsi fevralda 2,6 faizə yüksəlib.

Maraqlıdır ki, tam 39 il öncə yazılan romanda qeyd edilənlər, aradan bu qədər keçəndən sonra Çində və eyni şəhərdə necə reallaşa bilər? 

"Qaranlığın gözləri" romanında adıkeçən "Wuhan-400" virusunun öldürmə faizi və təsirləri isə koronavirusla qarşılaşdırıldığında, daha qorxulu nəticələr üzə çıxır. Romanda yazılanlar Tvitter istifadəçilərindən birinin diqqətini çəkib və faktı ictimailəşdirib. "Kitablarının adı dəfələrlə "New York Times"in ən çox satılan əsərlər siyahısına düşən Kuntz, "Qaranlığın gözləri"nin 39-cu bölümündə Çin Kommunist Partiyası tərəfindən Uxan yaxınlarında yerləşən hərbi laboratoriyada bioloji silah olaraq inkişaf etdirilən bir virusdan bəhs edir. Kitabda Uxan-400 araşdırmasına rəhbərlik edən və Çinin ən təhlikəli kimyəvi silahları haqqında məlumat sahibi olan elm adamı Li Çen ABŞ-a köçür", - kitabda deyilir.

Maraqlıdır ki. romanda Uxan-400 adı verilən virus, hayvanları deyil, insanları hədəf alır. Hətta insan bədənindən kənarda 1 dəqiqədən artıq və mənfi 30 dərəcədə yaşaya bilmir. Laboratoriyada yaradılan bu virus la indiki Uxan virusu arasında bənzərliklər, Twitter istifadəçisini heyrətə salıb. Amma romanda qeyd olunan virusla bu gün yayılan virus arasında bir neçə fərq də var. Bunlardan ən əsası isə odur ki, romanda virusun yoluxduğu insanları 100 faiz öldürdüyü deyilsə də, bildiyimiz kimi, indiki koronavirusun öldürmə təsiri 2 faiz civarında dəyişir. 

Sosial rubrikasından digər xəbərlər