Koronavirusla bağlı hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək?

15:44 02.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər arasında diqqət çəkən məqamlardan biri tələbələrin təhsil haqqları ilə bağlıdır.

Prezident İlham Əliyevin qəbulunda olarkən iqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirb ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir.

İndi cəmiyyəti ən çox maraqlandıran sual dövlətin bu təşəbbüsündən kimlərin yararlana biləcəyi ilə bağlıdır.

“Hal-hazırda dövlət tərəfindən bir sıra kateqoriya və statusa malik şəxslər var ki, onlar ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslara qəbul olsalar da, təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənir. Amma koronavirus pandemiyası ilə bağlı bu kateqoriyanın əhatəsi daha da genişlənəcək”. Bu fikirləri hafta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, koronavirus təhlükəsinin zərər vurduğu sahələrdə çalışan və işsiz, eləcə də aztəminatlı ailələrin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

“Təhsil haqlarının ödənilməsi üçün tələbələrin özlərinin və ya valideynlərinin birbaşa bu problemdən zərərçəkmiş olması nəzərə alınacaq. Eyni zamanda, virusun nəticələri təsir göstərməsə belə, aztəminatlı, günəmuzd yerlərdə çalışanların övladlarının da təhsil haqqının ödənilməsinə kömək olunacaq. Bunun üçün isə koronavirusdan zərər çəkənlərin əhatə dairəsi müəyyənləşdirildikdən sonra onların ailə üzvlərindən təhsil alanların sayı dəqiqləşdiriləcək”.

Ekspert onu da deyib ki, pandemiya ilə bağlı nəzərdə tutulan ödənişlər zərərçəkən tələbələrə şəxsən təqdim edilməyəcək:

“Bu vəsait birbaşa tələbələrin təhsil aldıqları universitetlərin hesabına köçürülməklə həyata keçiriləcək”.

Oxunma sayı 195
Sosial rubrikasından digər xəbərlər