Koronavirusla əlaqədar gördüyünüz qabaqlayıcı tədbirlər böyük alqışa layiqdir - Salyan rayon sakinləri Prezidentə təşəkkür edirlər

12:34 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Salyan rayonunun Şorsulu kəndinin sakinləri Sizin göstərişlərinizlə rayonumuzda görülən böyük quruculuq işlərini, iqtisadi həyatımızın yaxşılaşması üçün həyata keçirilən tədbirləri, mədəni həyatımızın yüksəlməsi üçün verilən Sərəncam və Fərmanlarınızı böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Koronavirusla əlaqədar gördüyünüz qabaqlayıcı tədbirlər böyük alqışa layiqdir. Pandemiya dövründə təqaüdlərimizi, sosial yardımları, 190 manat məbləğində birdəfəlik ödəməni vaxtında ala bildik.

Pandemiya dövründə xalqımızın indiyədək az itki verməsi, həmçinin əvvəlki illərdə təbii fəlakətlər zamanı çətinə düşmüş insanlara böyük kömək göstərilməsi onu deməyə əsas verir ki, Siz Azərbaycan xalqının xilaskarısınız. Taleyimizin etibarlı əllərdə olmasından mənəvi rahatlıq tapırıq. Allah Sizə və ailənizə hər zaman firavan həyat qismət eləsin.

Kənd sakinləri adından dərin hörmətlə,

İbrahimov Akif Hüseynqulu oğlu

Abdullayev Rəis Musa oğlu

Şükürov Nizami Allahşükür oğlu

Cavadov Şahmar Əfsərağa oğlu

Hüseynzadə Emin İlqar oğlu

Sadıqzadə Yusif Natiq oğlu və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.

Oxunma sayı 1688
Siyasət rubrikasından digər xəbərlər