Azercell-dən “Tələbə 1-liyi“ tarifi!

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt

İndi tələbələr arasında danışığın 1 dəqiqəsi cəmi 1 qəpikdir!

17 Oktyabr 2011: Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC tələbələrin mobil rabitə ehtiyaclarını nəzərə alaraq ölkədə ilk dəfə bütün tələbələr üçün “Tələbə 1-liyi“ tarifini istifadəyə verdi. Azercell-in bu tarifindən bütün peşə məktəbləri və universitet tələbələri - bakalavr və magistr pilləsində təhsil alan gənclər yararlana bilər. İndi tələbələr öz aralarında 1 dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı əldə edəcəklər. Ölkədaxili digər istiqamətlərdə isə 1 dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar. Bundan əlavə, tələbələr arasında ən populyar xidmətlərdən biri olan SMS-dən cəmi 2 qəpiyə, Mobil internet paketlərindən isə 20% endirimlə yararlanacaqlar.
Tarifə qoşulmaq üçün tələbələr Müştəri Xidmətləri və Azercell Ekspress Ofislərinə yaxınlaşıb, sadəcə olaraq tələbə biletlərini təqdim etməlidirlər.
Yeni “Tələbə 1-liyi“ tarifi bütün tələbələrimizə xeyirli olsun!

Oxunma sayı 152