Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var

23:09 20.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hafta.az  "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Yaşar Pirəli oğlunun idarə etdiyi "Shachman" markalı yük maşını İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Abasov Vasif Elman oğlunun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə sıxılıb qalmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.