Kürdəmirdə iki yük avtomobili toqquşub

10:29 03.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunda "MAZ" və “KAMAZ” markalı iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Karrar qəsəbəsində “MAZ” və “KAMAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “MAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.