Kürdəmirdə intiharın qarşısı alınıb

14:34 30.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunda 1 nəfər dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.