Kürdəmirdə yük maşını 40 yaşlı kişini vurub öldürdü

11:38 04.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 201,1-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini İsgəndərov Elsevər Müzəffər oğlu idarə etdiyi "DAF" markalı 99 JM 947 dövlət nömrə nişanlı qoşqulu yük maşını ilə hərəkətdə olarkən yolu keçən, rayonun Qarabucaq kənd sakini, 1979-cu il təvəllüdlü Qarayev Nizami Əlqara oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.