Kürdəxanıda evdən 1 kq-dan çox heroin tapılıb

21:57 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Kürdəxanı qəsəbəsindəki evindən 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Oxunma sayı 134