Kürdəxanıda iki maşın toqquşdu, ölən var

14:24 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi “Cherry” və Mərdan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.