Kürdəxanıda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlandı

15:45 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 1-də səhər saat 6 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Hafta.az-a bildiriblər ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxunma sayı 5183