Lənkəranda 2 maşın toqquşdu, ölən var

15:29 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi “VAZ-2107” və Astara rayon sakini R.Əliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.