Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb - SƏRƏNCAM

17:08 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Preizdent İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.