Lənkəranda ev yanıb

10:54 29.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.