Lerikdə bir metrdən çox qar yağıb - VİDEO

17:37 11.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənub bölgəsinə güclü qar yağıb.

Qarın fəsadları haqqında hafta.az-a danışan Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov rayonun bəzi yerlərində hətta 2 metrə yaxın qar düşdüyünü söyləyib. Onun sözlərinə görə, artıq qar əriyərək, azalır:

“Artıq qar əriməyə başlayıb. Qarın yağması yaşayışa heç bir maneə yaratmayıb. İşıq və qazın verilməsi, yollardakı hərəkət qaydasındadır. Lerikdə şəhərin özündə 70-80 santimetr qar yağıb. Bu gün hava günəşlidir, buna baxmayaraq, axşama doğru şaxtanın artacağı hiss olunur”.

H.Məlikov qeyd edib ki, Lerikə gedən yollar, o cümlədən Lerik-Lənkəran yolu işlək vəziyyətdədir:

“Səhər 52 saylı yol istismar idarəsinin texnikaları  və canlı qüvvəsi yollarda hərəkəti bərpa edib. Əsas magistral yol tam hərəkətdədir. Heç bir maneə yoxdur. Eyni zamanda kəndlərə gedən yollarda da gediş-gəliş var”.