Lerikdə sürüşmə zamanı xəsarət alanların səhhəti ilə bağlı AÇIQLAMA

15:47 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların sağlamlıq durumu ilə bağlı məlumat yayıb.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, sürüşmə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan biri ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Digər şəxs isə xəstəxanada saxlanılır, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub. Rayonun Çayrud kəndində baş verən torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb. A.Əlirzayev ölüb, ailənin digər iki üzvü - 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Oxunma sayı 150