Leyla Əliyeva qardaşını belə təbrik etdi

17:48 02.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.

 

Hafta.az  xəbər verir ki, o, fikirlərini “Instagram” hesabında paylaşıb.

 

“Sevimli, xeyirxah, nurlu, ağıllı və layiqli qardaşım Heydəri ad günü münasibəti ilə təbrik edirəm! Qoy, bütün arzuların yerinə yetsin! Hər şeyə görə sənə minnətdaram! Allah hamıya can sağlığı versin, sevgi, sülh, əmin-amanlıq və xeyirli günlər qismət etsin”.

 

Qeyd edək ki, Heydər Əliyev 1997-ci il avqustun 3-də anadan olub.

Gündəm rubrikasından digər xəbərlər