Lionel Messi 6-cı dəfə “Qızıl buts” alıb

22:35 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Qızıl buts” mükafatını alıb.

UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib.

2018/19 mövsümündə La Liqada 36 qol vuran L.Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.

 
L.Messi karyerasında 6-cı dəfə bu mükafata sahib çıxıb. O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb.