Litva hökuməti koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan etdi

16:38 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Litvada koronavirusun yayılma təhlükəsinin qarşısını almaq məqsədilə Litva hökuməti fövqəladə vəziyyət elan edib.

Hafta.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Litva hökuməti bu səbəbə görə, Dövlət Fövqəladə Hallar Operativ Mərkəzini yaratmaq qərarına gəlib. Qeyd edilir ki, bu mərkəzə Səhiyyə naziri Aureliyus Veriqa rəhbərlik edəcək.

Səhiyyə nazirinin müavini Alqirdas Şemelqis COVID-19 virusuna yoluxanların sayının artması və Avropada yayılması faktını nəzərə alaraq, bu qərarın vacibliyini qeyd edib.